MİL Texniki Dəstək Qrupu

müəllif: milnetwork

2019-cu ilin yanvarında əsası qoyulmuş MİL Texniki Dəstək Qrupu MİL məzunlarından təşkil olunmuş və Şəbəkənin ictimaiyyətlə əlaqələr və texniki məsələlərinə dəstək olmaq məqsədilə fəaliyyətə başlamışdır. Qrup MİL sosial media hesablarının idarə olunması, layihə və tədbirlərin ictimaiyyətə vizual çatdırılması, layihələr və tədbirlər zamanı, eyni zamanda sonrakı prosesdə texniki məsələlərin, foto/video çəkiliş və onların redaktəsi, sosial media paylaşımlarının edilməsi məsələləri ilə məşğul olur.