MİL Strateji Dəstək Qrupu

müəllif: milnetwork
  • 2018-ci ilin mart ayında təsis olunmuş MİL Strateji Dəstək qrupu MİL İH və ya NTK-da ən azı bir dəfə təmsil olunmuş şəxslərdən formalaşır. Qrupun əsas məqsədi təşkilatın fəaliyyətini tənzimləyən sənədlərin, strategiyaların hazırlanması, o cümlədən tətbiqinə dəstək verməkdir. Bundan əlavə, MİL üzvlərinin şəxsi inkişaf strategiyasının inkişaf etdirilməsi də qrupun fəaliyyət istiqamətinə daxildir. Bu mənada aşağıda qeyd olunan sənədlər işlənib hazırlanmışdır:
  • “MİL Maarifçilik Siyasəti” sənədi – təşkilatın maarifləndirmə istiqamətini müəyyənləşdirir və 2018-2023-cü il ərzində 5 il müddətinə qəbul edilib.
  • “MİL Ümumi Yığıncaq qaydaları”- MİL Daxili Qaydalar sənədinin bir bölməsidir və MİL Ümumi Yığıncağının təşkil qaydalarını əks etdirir.
  • “MİL Üzvlər və Məzunlar” – MİL Daxili Qaydalar sənədinin bir bölməsidir və Şəbəkəyə qoşulma, üzv olma qayda və proseduralarını, həmçinin MİL üzv və məzunlarının səlahiyyət və hüquqlarını əks etdirir.