MİL Sosium Təlim Proqramı MİL Şəbəkəsi daxilində gəncləri vətəndaş cəmiyyəti mövzularında maarifləndirmək üçün təşkil edilmiş ictimai layihədir. Layihənin əsas məqsədi vətəndaş cəmiyyəti anlayışının dərindən öyrədilməsi və Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. Layihə çərçivəsində təlimlər həftə sonları olmaqla 4-6 həftə ərzində həyata keçirilir. Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar. Layihənin sonunda aktiv iştirakçılar sertifikatla təltif olunaraq MİL Məzunu adını alır. MİL Sosium Təlim Proqramı çərçivəsində tədris olunan əsas mövzular aşağıdakılardır:
- Vətəndaş cəmiyyəti lüğəti, ictimai elmlərdə əsas anlayışlar;
- Bio-siyasət nədir? İctimai idarəetmə sənəti haqqında;
- Vətəndaş cəmiyyəti nədir? Əsas anlayışlar və nəzəriyyələr;
- Vətəndaş Cəmiyyəti qurumları, növləri və fəaliyyət istiqamətləri;
- Demokratiya nədir? əsas nəzəriyyələr, rəqabət haqqında;
- Filantropiya və könüllülük anlayışı, insan və cəmiyyət münasibətləri haqqında;
- İctimai iş, ailə, uşaq, sağlamlıq, təhsil, ətraf mühit və.s kimi mövzularda seminarlar;
- İctimai sahibkarlıq, QHT və biznes qurumları arasındakı münasibətlər, koorparativ məsuliyyət haqqında;
- Qlobal vətəndaş cəmiyyəti və beynəlxalq QHT-lər;
- İctimai-fəlsəfi düşüncə;
- Fərdi və ictimai həyat müzakirəsi;
- Milli kimlik;
- Sülh və konfliktlər;
- İctimai vəkillik;
- Eqalitarianizm;
və.s
Layihə daxilində təlimçilərin çıxışından əlavə, MİL üzv və məzunlarına əvvəlcədən müəyyənləşdirib hazırlaşdıqları mövzu üzrə 20-30 dəqiqə çıxış etmək imkanı yaradılır. Bununla onlar öz təlimçilik bacarıqlarını inkişaf etdirib, seçdikləri mövzu üzrə ixtisaslaşa bilirlər.
