MİL Simpozium

müəllif: milnetwork

MİL Simpozium MİL Şəbəkəsi daxilində gənclərin, tələbələrin, jurnalistlərin, tədqiqatçıların, sosial işçilərin, eskpertlərin və digər şəxslərin Azərbaycan vətəndaş cəmiyyətində vacib olan mövzulara diqqətini çəkmək, onları ictimai mövzularda maarifləndirmək üçün təşkil edilmiş ictimai layihədir. Layihənin əsas məqsədi maarifçiliklə yanaşı, ictimai sferanın və ictimai müzakirələrin genişlənməsinə və inkişafına dəstək olmaq, bununla yanaşı gənclərlə ekspertlər arasında körpü rolunu oynamaqdır. 

Simpoziumun ilk mövzusu Əhməd bəy Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” kitabına uyğun olaraq hazırlanmış “Azad İnsan Konsepsiyası” olmuşdur. MİL Simpozium I – Azad İnsan Konsepsiyası 28 Noyabr 2015-ci il tarixində, 100-ə yaxın insanın iştirakı ilə həyata keçirilmişdir. Tədbir zamanı spikerlər mövzuya fərqli aspektlərdən yanaşaraq öz fikirlərini bölüşmüşlər. Spikerlərdən Rəhman Bədəlov “Sərbəst İnsanlar Ölkəsində” kitabı barədə, Rasim Qaraca “Müasir ədəbiyyatımız azad insan yetişdirə bilirmi?”, Yalçın İslamzadə “İnsan təbiəti nədir?”, Günel Səfərova “Azərbaycan ailəsi azad insan yetişdirə bilirmi?” mövzularında çıxış etmişlər.

Bundan əlavə, tədbir zamanı Şəbəkənin MİL Kitab layihəsi çərçivəsində dəyərli maarifçimiz Əhməd bəy Ağaoğlunun yenidən nəşr olunan “Sərbəst İnsanlar Ölkəsində” kitabının təqdimatı və satışı həyata keçirilmişdir.

MİL Simpozium, “Azad İnsan Konsepsiyası”