
MİL Təhsil İşçi Qrupu MİL Şəbəkəsi daxilində 2021-ci ildə yaradılıb və ölkədə təhsilin inkişafına dəstək olmaqla vətəndaş cəmiyyətinə töhfə verməyi hədəfləyir. MİL Təhsil Qrupu 2021-ci ildə ”Capacity-building of ESL teachers from vulnerable communities” adlı layihə ilə Amerika səfirliyinin ingilis dili proqramı çərçivəsində həyata keçirilən müsabiqənin qalibi olmuşdur. 5 ay davam edən layihə ərzində Masallı, Lənkəran, Astara, Yardımlı və Lerikdə çalışan orta məktəb ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş təlimlər keçirilmişdir. 27 Mart 2022-ci ildə layihənin bağlanış mərasimi baş tutub. Layihəni uğurla tamamlayan 28 müəllim sertifikatla təltif olunmuş, mükəmməl dərs planı və açıq dərslər təqdim edən 6 müəllim isə beynəlxalq dərəcəli sertifikat imtahanına giriş bileti ilə mükafatlandırılmışlar. Layihənin bağlanış mərasimində Amerika səfirliyinin nümayəndələri – İngilis dili üzrə regional müşavir Lottie Baker, ictimaiyyətlə əlaqələr üzrə köməkçi Agne Kaufman və İngilis dili layihələri üzrə koordinator Sabina Abdullayeva iştirak etmişlər.