MİL Kitab layihəsi iki istiqamət üzrə fəaliyyət göstərir. Layihə ilk olaraq Şəbəkənin fəaliyyət istiqamətləri üzrə məqalələrin, kitabların tərcümə olunması, eləcə də yazılması və çap etdirilməsi məqsədini daşıyır. İkinci istiqamət isə gənclərə oxu vərdişlərinin, tənqidi təfəkkürün, habelə araşdırma bacarıqlarının aşılanması məqsədilə təlim və seminarların, yazıçı və ekspertlərlə görüşlərin, kitab müzakirələrinin təşkil olunmasıdır. Kitabların satışından əldə olunan gəlir MİL Şəbəkəsinin büdcəsinin əsas hissəsini formalaşdırır və layihələrin icra olunmasına xərclənilir. Layihə çərçivəsində Əhməd bəy Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” kitabı yenidən nəşr olunmuşdur.
müəllif: milnetwork