MİL İşçi Qrupları hər hansı bir sahə üzrə olmaqla MİL İH, üzv və ya məzunlarının təşəbbüsü ilə yaradılır və yalnız MİL üzv və məzunlarından təşkil olunur. İşçi qruplar istiqamətləndikləri sahə üzrə fəaliyyət planlaması hazırlayaraq layihələr həyata keçirir. Bu layihələr formal, informal təlimlər, seminarlar, tərcümələr, araşdırma yazıları, film nümayişləri, sərgilər, müzakirə və əyləncə görüşləri və s. tipli müxtəlif formalarda icra oluna bilər. Hər işçi qrup üzrə bir nəfər İH üzvü məsul olur və mentor funksiyasını daşıyır. Eyni zamanda həmin şəxslər qrupun fəaliyyəti və qrup üzvləri ilə bağlı İH-i mütəmadi olaraq məlumatlandırır. MİL Şəbəkəsində fəaliyyət göstərən İşçi Qruplar aşağıdakılardır:
- Sosial Elmlər Mərkəzi
- Mədəniyyət Mərkəzi
- Gender Klubu
- Şəxsi İnkişaf Akademiyası
- Əyləncə və Oyun Klubu
- Strateji Dəstək Qrupu
- Texniki Dəstək Qrupu