MİL Gender

müəllif: milnetwork

MİL Gender Təlim Proqramı MİL Şəbəkəsi daxilində gəncləri gender mövzusunda maarifləndirmək və cəmiyyətdə gender həssaslığını artırmaq üçün təşkil edilmiş ictimai layihədir. Layihənin əsas məqsədi gender anlayışlarının dərindən öyrədilməsi və Azərbaycanda qadın* və LGBT+ hüquqlarının inkişafına təkan verməkdir. Layihə çərçivəsində təlimlər həftə sonları olmaqla 4-6 həftə ərzində həyata keçirilir. İştirakçılar əvvəlcə anket vasitəsilə müraciət edir, ikinci – müsahibə mərhələsini keçdikdən sonra layihəyə seçilmiş hesab olunurlar. Layihənin sonunda aktiv iştirakçılar sertifikatla təltif olunaraq MİL Məzunu adını alır. MİL Gender Təlim Proqramı çərçivəsində tədris olunan əsas mövzular aşağıdakılardır:

  • Nifrət nitqləri, Bulling və victim blaming anlayışları;
  • Cins, Gender, Cinsəllik;
  • Gender kimliyi, Queer Nəzəriyyəsi;
  • LGBTQI+ və Heteronormativlik;
  • Genderlə əlaqəli stereotiplər
  • Feminizm
  • Cinsi reproduktiv sağlamlıq və hüquqlar;
  • Gender əsaslı zorakılıq və ona qarşı mübarizə
  • Gender analizi

Layihə daxilində təlimçilərin çıxışından əlavə, MİL üzv və məzunlarına əvvəlcədən müəyyənləşdirib hazırlaşdıqları mövzu üzrə 20-30 dəqiqə çıxış etmək imkanı yaradılır. Bununla onlar öz təlimçilik bacarıqlarını inkişaf etdirib, seçdikləri mövzu üzrə ixtisaslaşa bilirlər.