MİL Şəbəkəsi gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş vətəndaş cəmiyyəti fəalları yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. Biz inanırıq ki,
- Cəmiyyətin gələcəyini onun fəal gəncləri müəyyən edir. Bu mənada, hər bir ictimai fəaliyyət və təşəbbüs həmin cəmiyyətin inkişafı üçün atılmış bir addımdır;
- İctimai fəalların sosial işlərdə və ictimai layihələrin idarəedilməsindəki peşəkarlığı həmin cəmiyyətin inkişaf meyarıdır;
- İctimai fəalların azad düşüncəsi cəmiyyətin azadlıq təminatıdır;
- Biz bütün fərqliliklərin bir arada mövcud ola biləcəyi, qarşılıqlı hörmətin olduğu vətəndaş cəmiyyəti istəyirik və buna görə də fəaliyyətlərimizlə dözümlülük və plüralizm mühitinə öz töhfəmizi veririk.