26-27 Oktyabr tarixlərində “ADDIMINI AT” layihəsinin son həftəsi baş tutmuşdur.
26 Oktyabr tarixində Nurlana Cəlilin təqdimatında “Sosial şəbəkə və cəmiyyət” adlı maarifləndirici və praktiki seminar keçirilmişdir.
Sonuncu gün isə iştirakçılar layihə boyunca onlara tapşırılan “Layihə ideyası” mövzusunda seçdikləri sahələrə dair tədqiqat apararaq təqdimat keçirmişlər. Layihənin son günündə fəal iştirakçılara sertifikat təqdim olunmuş, eyni zamanda MİL Şəbəkəsinin nəşr etdirdiyi “Sərbəst insanlar ölkəsində” kitabı iştirakçılara hədiyyə edilmişdir.
Qeyd edək ki, son gündə iştirakçılarla birgə piknikdə vaxt keçirilmişdir.