Əməkdaşlar

müəllif: milnetwork

Şərqi Avropa Əməkdaşlıq və İnkişaf Şəbəkəsi (CDN)

MİL Şəbəkəsi 2017-ci ildə Xorvatiyada həyata keçirilən Şərqi Avropa Əməkdaşlıq və İnkişaf Şəbəkəsinin Ümumi Yığıncağında təşkilata üzv qəbul olundu. Bu şəbəkə Şərqi Avropada Yaşıl ideyaların inkişafına öz töhfəsini verməklə yanaşı, bu sahədə işləyən gənclər təşkilatlarına dəstək verir və onları öz çətiri altında birləşdirir. MİL Şəbəkəsi üzvləri bu təşkilat daxilində fəaliyyət göstərən işçi qruplarının üzvü, idarə heyəti üzvü və layihələrdə iştirakçı kimi iştirak edərək beynəlxalq təcrübəni MİL daxilində tətbiq edir. 


Gənc Avropa Yaşıllar Federasiyası (FYEG)

MİL Şəbəkəsi 2019-cu ildə İstanbulda keçirilən Ümumi Yığıncaqda Gənc Avropa Yaşıllar Federasiyasına namizəd üzv qəbul olundu.  FYEG Avropada Yaşıl ideyaların inkişafına və həyata keçirilməsinə töhfə verən gənclər təşkilatlarını əhatə edən çətir təşkilatdır. MİL Şəbəkəsi üzvləri müxtəlif FYEG layihələrində iştirak edərək beynəlxalq təcrübəni Şəbəkə daxilində tətbiq edir.